İynə görmək

İynə görmək
C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
İynə görmək
Yuxuda iynədən istifadə etmək çox yaxında hüzn, kədərə işarədir. Bu o deməkdir ki, siz yaxın adamınızın rəğbətini itirərək əzab çəkəcəksiniz. Sapla-iynə görmək o deməkdir ki, siz öz işlərinizdən daha çox başqalarının qayğısına qalacaqsınız. İynə itirmək boş, əbəs yerə həyəcanlara işarədir. İynə tapmaq o deməkdir ki, sizi yüksək qiymətləndirəcək dostlarınız meydana çıxacaq. İynəni qırmaq tənhalıq və yoxsulluq əlamətidir. İynə tapmaq – mübahisəyə uğrayacaqsınız;hədiyyə almaq – dostunuzla ayrılığa işarədir. Iynə –təhqir, gizli intiqam, hiylə, zəhmətsevərlik əlamətidir. Üzərində qan izləri olan iynə görmək qohumlarınızdan birinin məkrli niyyətindən xəbər verir.Uzun saplı iynə görmək – seçki olmadan hakmiyyətə gələcəyinizə və özünüzə hörmət edilməsinə nail olacağınıza işarədir. Yerə atılmış çoxlu iynə görmək bir çox insanların ölümünə səbəb olan dedi-qodu, fitnəyə işarədir. İynəli heyvan görmək – bəşəriyyət elə bir düşmən qazanacaq ki, onunla mübarizə çox çətin olacaq. Yuxuda özünə iynə sancan adam görmək – gələcəkdə elə bir insan peyda olacaq ki, Yer kürəsində baş verəcək fəlakətin qarşısını almaq üçün özünü qurban verəcək.Yuxuda iynə ilə yazılmış “X” hərfi görmək – on il ərzində insanlar daha yaxşı həyat tərzi sürməyə başlayacaqlar.Yuxuda insanın ürəyindən iynə çıxarmaq – bəşəriyyəti qat-qat irəliyə aparan elmi kəşflərdə bilavasitə iştirak etməyə işarədir.Yuxuda iynə yağışına tutulmaq qara qüvvələrin fəallaşmasına işarədir.

Hiç yorum yok:

Yorum Gönder