Yuxuda Ördək Görmək

Yuxuda Ördək Görmək

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Yuxuda ördək görmək bəxdin açıq olduğu mənasına gəlir. Yuxuda ördək görən insanın ruzisi və qazancı artır. Yuxuda ördək görmək xeyirli qismət kimi də qiymətləndirilir. İnsanın qarşısına çıxacaq olan halal süd əmmiş, namuslu, ailə tərbiyəsi almış olan qismətə yozulur. Yuxusunda ördəyin bağçasından, ya da hinindən qaçdığını görən adamın evlilik, ya da eşq həyatındakı rahatlığı və kefi pozulacaq, evildirsə xanımı, subaydırsa sevgilisi ilə böyük bir problem yaşayıb, ayrılıq yoluna gedəcəkdir. Yuxusunda bir ördək tutduğunu görən adamın əlinə çox böyük bir fürsət keçəcək deməkdir.

Yuxuda Ördək Yemək

Yuxuda ördək yemək bol və halal qazanca işarətdir. Yuxuda ördək əti yemək təmiz və xeyirli olan mal kimi yozulur.

Yuxuda Ördək Vurmaq

Yuxuda ördək vurduğunu görən adam işindən istefa verəcək, ya da ticarət həyatında böyük bir böhran yaşayaraq maddi ziyana məruz qalıb, bir müddət ağrılı və çətin günlər keçirəcəkdir.

Yuxuda Ördək Kəsmək

Yuxuda ördək kəsdiyini görən adamın dolanışıq dərdi olmaz, ailə həyatı da rahat, arzuladığı kimi, əmin-amanlıq ilə keçər. Yuxuda ördək kəsmək adətən cəfakar olan və qədr qiymət bilən xanım kimi yozulur.

Yuxuda Ördək Balası Görmək

Yuxuda ördək balası görmək yuxu yiyəsinin ətrafındakı gənc oğlanlara və qızlara işarətdir.

Yuxuda Ağ Ördək Görmək

Yuxuda ağ ördək görmək xoş, cəlbedici və əndamlı yoldaşa işarətdir.

Yuxuda Ördək Ovlamaq

Yuxuda ördək ovladığını görmək yaxşı deyil. İnsanın maddi itkilərə məruz qalacağı kimi yozulur.

Yuxuda Ördək Yumurtası Görmək

Yuxuda ördək yumurtası görmək başda övlad sahibi olmağa işarə edərkən ayrıca, sənətkar bir kəsə də işarə edir. Yuxuda ördək yumurtası görmək yalnız yaxşı şeylərə və yaxşı insanlara deyil, fəsad və boşboğazlara də işarət edir.

Hiç yorum yok:

Yorum Gönder