A etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
A etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Yuxuda Ağaca Çıxmaq

Yuxuda Ağaca Çıxmaq

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Yuxuda ağaca çıxmaq, əsasən xeyire yozulur ve yuxuxu görenin xüsusi ilə də iş həyatında yaxşı yerlere gələcəyini, çox böyük hünərlər sərgiləyərək ailəsinin başını ucaldacağını işarət edir. Yuxunu görenin gələcəyinin yaxşı və parlaq olacağına, qarşısındakı pilləri çıxacağına, bəxt və qismətinin yaxşılaşacağına işarət edir. Yuxu sahibinin iş heyatında çox əhəmiyyətli yüsəlişlər göstərəcəyi kimi də yozulur.

Yuxuda ağaca çıxmaq, hamının arzuladığı həyata sahib olmaq kimi yozulur. Yuxuda ağaca çıxmaq xeyirlərə əlamət edir, Yaxşı xəbərlər və nəticələr gətirə bilər. Bundan başqa yuxusunda ağaca çıxanın, digər insanlar tərəfindən bəyənilib, təriflənəcəyi mənasına gəlir. Yuxu sahibi əgər bekardırsa, xeyirli qismetler ile qarşılaşa bilər.

Yuxu sahibinin çoxdandır gözlədiyi şəxs qarşına çıxa bilər. Əgər yuxu sahibi evlidirsə, evliyi xoşbəxt olacaq. Var dövlət yiyəsi olurlar. Yuxuda ağaca çıxmaq, sağlam və uzun müddətli omür keçirəcəyinə işarət edir. Ancaq yuxuda çıxılan ağacın vəziyyəyinə görə yuxu fərqli yozulur. Aşağıda ağaca çıxmaq haqqında fərqli yozumlar var.

Yuxuda ağac görmək haqda geniş məlumat.. YUXUDA AGAC GORMEK

Yuxuda Ağaca Çıxdığını Görmek

Yuxuda Ağaca Çıxdığını Görmek, İnkişaf etməyə, irəli getməyə yozulur. Yuxunu gören şəxsin, istər iş - peşə, istərsədə tələbəlik həyatında hər zaman bacarıqlı və öndə olacağına yozulur. Bundan başqa yuxu sahibinin ticaret həyatında uğurlu və rəqabət edilə bilməz vəziyyət olduğunu göstərir. Budna başqa yuxuda ağaca çıxdığını görmek, yuxu sahibinin heç vaxt harama əl uzadmayağını göstərir. Ümumi olaraq rəqiblərindən üstün olacağını, bacarıqlı olduğunu və əksər sahələrdə qarşısı alınmaz olduğunu işarət edir.

Yuxuda Hündür Ağaca Çıxmaq

Şan şöhrət, etibar və məqam sahibi olmaq kimi açıqlanır. Yuxun görən şəxsin cəmiyyətdə etibarının artacağına, əhəmiyyətli işlər görəcəyinə və yaxşı iş həyatında itirilməz məqam sahibi olacağına, buna görə də qazancının itirilməz yəni qarantiyalı olacağına yozulur. Yuxu sahibinin etibarı və qazancı artarkən, Allah yolundan çıxmayacağına, haqqı, alın tərivə zəhməti ilə uzun illər bu şansını davam etdirəcək.

Yuxuda Quru Ağaca Çıxmaq

Yuxuda quru ağaca çıxmaq, yuxu yiyəsinin hörmət edilən, müdrik biri halına gələcəyinə, ağıllı kamallı və himətli insanlardan olacağına, insanlara düzgün məsləhətlər verib düzgün yola yönləndirəcəyinə və maddi imkanlarına xeyir işlərinə sərf edə biləcək qədər düzgün, şərəfli və ləyaqətli insan olaraq yaşayacağına yozulur. Yuxuda quru ağaca çıxmaq, yuxunu görenin, ətraf mühitindəki digər insanlardan daha təmkinli olacağına işarət edir.

Yuxuda Qorxudan Ağaca Çıxmaq

Yuxuda qorxudan ağaca çıxmaq, şəxsin qorxu, beynini məşğul edən fikir və kədərlərindən azad olacağına, dərdlərinə şefa və dərman tapıb, buna görə də ruh və bədəninin yaxşılaşıb gözəlləşəcəyinə yozulur. Eyni zamanda, Bu yuxu xilas olmaq və yuxu sahibi üçün xeyirləri işarət edir. Yuxuda qoruxdan ağaca çıxan, ürəyindəki ağrı və sıxıntılardan azad olaraq, daha yaxşı insan olur. Başqalarına kömek etmek ve xeyirli iş görmek üçün həvəsi artarcağına işarət edir. Yuxuda qorxudan ağaca çıxmaq, yuxusa yiyəsinin xoşlamadığı nədənsə xilas olmaq kimi açıqlanır və yuxu sahibi üçün faydalı sayılır.

Yuxuda Yaşıl Ağaca Çıxmaq

Yuxuda yaşıl ağaca çıxmaq yuxunu görenin sağlam heyata ola bilmək üçün biraz səy göstərməli olduğuna işarət edir. Yaşıl ağaca çıxmaq, uğur həyat üçün, bəzi çətinliklərin ohtəsindən gəlmək lazım olduğunu göstərir. Uğur, naliyyət kimi açıqlanır. Yuxu sahibinin qazancının halal olacağına, var dövlətini halal yollardan alın təri ilə qazanacağına və Allah’ın xeyirli qullarından olaraq faydalı işlər göreceyine işarət edir. Yuxuda yaşıl ağaca çıxmaq bəzən xeyirli övlad sahibi olmaq kimi də yozulur. Bundan başqa yuxu sahibinə uğur qazandıracağı şəkildə açıqlanır.

Yuxuda Alça Görmək

Yuxuda Alça Görmək

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Yuxuda Alça Görmək alçanın vaxtında görülməsi ilə vaxtında xaric görülməsinə asılı olaraq dəyişir. Vaxtında görülən alça qazanca və itirilmiş şeyin yenidən tapılmasına işarət edərkən, vaxtından xaric görülən alça səhiyyə problemlərinə, kədərə və çətinliklərə işarət edir. Sağlamlığını itirmiş bir adam əgər yuxusunda alça yediyini görərsə bu onun sağlamlığını geri qazanacağına işarət edir. Yuxuda görülən alça, adamın heç gözləmədiyi, ya da ağlından keçirmədiyi bir hadisə haqqında, çox güvəndiyi biri tərəfindən böyük bir şok yaşayacağına işarət edir. Əgər Alça kifayət qədər yetişmiş isə əmin-amanlıq və sevindirici şeylər mənasına gəlir. Alçanı budaqda görülmək, bolluğa, bərəkətə, qazanca və ruziyə işarətdir. Yuxuda görülən alça əgər dadlıdırsa o halda yuxu yiyəsinin əlinə küllü miqdarda pul yaxud bir mülk keçəcəyi kimi şərh edilir.

Yuxuda Şirin Alça Görmek

Yuxuda yaşıl, qırmızı, qara alça görmek  yuxu görənin, ruzi və mal sahibi olacağı mənasını daşıyır. Alça yemek də qismətə və yaşanacaq olan gözəl inkişaflara işarət edir. Yuxu yiyəsi işsizdirsə bir iş sahibi olacaq deməkdir.

Yuxuda Alça Yığmaq

Yuxuda Alça yığmaq çox yaxşıdır. Yuxu sahibinin ürəyin olan arzu və istəklərinin yerinə gələcəyinə işarət edir.

Yuxuda Qırmızı Alça Görmek

Yuxuda qırmızı Alça görmek dünya malına və yuxu sahibinin qəlbində yatan aslana işarət edir. Yuxusunda qırmızı Alça görən adam qazanc əldə edəcəkdir və arzularına qovuşacaqdır.

Yuxuda Alça Yemek

Yuxuda Alça yemek xeyirlidir, xüsusilə də vaxtında yeyilən alça çox gözəl şeylərə işarə edir. Əgər xəstə olan biri yuxusunda alça yesə, bu onun şəfa tapacağını işarət edərkən, hər kim ki, yuxusunda alça yesərsə, hər nə deyərdi varsa, ondan xilas olar və çətinliklərini geridə qoyur.

Yuxuda Ayaq Görmək

Yuxuda Ayaq Görmək

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Yuxuda ayaq görmək xeyirli olaraq şərh edilir. Ümumiyyətlə yuxu şərh olunanda, yuxunun tərkibininə diqqət etmək lazımdır. Yuxuda görülən ayaq yuxu sahibinin yaxşı bir əmələ sahib olduğunu göstərir. Buna görə sakit bir həyata sahib olduğuna eyni zamanda isə ibadətlərini düz bir şəkildə yerinə yetirməyə işarətdir.
Yuxusunda ayaq görən şəxs axirətdə xoşbəxt bir həyata sahib olacağına inanar. Eyni zamanda, yuxuda görülən ayaq, edilən savabların Allah qatında böyük dəyər görməsi və insanın haram olan hər cür davranışdan uzaq durmasına işarətdir. Həmçinin yuxuda görülən ayaq insanın maddi vəziyyətinin bollaşıb artacağına, sərvətinin davamının gələcəyinə həyatı boyu heç bir şəkildə maddi sıxıntı çəkməyəcək olması şəklində şərh olunur. Ümumi olaraq düşünüldüyü zaman yuxuda ayaq görmək xeyirli bir gələcək iqtisadi baxımdan azadlıq və yaxşı əməl kimi dəyərləndirilir.

Yuxuda öz ayağını görmək

Kimsə yuxusunda öz ayağını görürsə, bu o adamın yaxın zaman içərisində yaşayacağı bəzi problemlərin xeberçisidir. Yaxın zamanda ürəyinin bir xeyli sıxılacağını göstərir. Bundan başqa, bu yuxu insanın öz hakimiyyətini itirərək məntiqsiz qərar verəcəyi bir dövrün başlanğıcı kimi ifadə edilir. Yuxuda görülən ayaq ümumiyyətlə yaxşı yozulur. Xəstələrin yaxşılaşacağı kasıbların varlanacağı həmçinin yeni səfərlərin ediləcəyini ifadə edir. Eyni zamanda ayaq insanın əməlinin də bir əks olunması və güzgüsüdür. Gözəl ayaq gözəl əməli çirkin ayaq isə çirkin əməli göstərir. Buna görə də yuxunun görülmə şəklindən asılı olaraq yozumlarda dəyişə bilir.

Yuxuda Qadın Ayağı 

Yuxuda görünən qadın ayağı insanın həyatı boyu bir çox sınaqdan keçərək həyatda qalma mübarizəsi verəcəyinə və özünü asan bir həyatın gözləmədiyinə işarədir. Yuxu şərhçiləri yuxuda görülən qadın ayağının yuxu sahibinin həyatında müxtəlif çətinliklər yaşayacağına və bütün bu çətinliklərə təkbaşına müdaxilə etmək məcburiyyətində qalacağına işarət etməsi kimi şərh edirlər.

Yuxuda Ayaq kəsmək

Yuxuda bir adam ayağının kəsildiyini və ya kəsik bir ayaq görərsə o adam aparmış olduğu işlərə görə qısa zaman içərisində mükafatlandırılacaqdır. Yuxuda görülən kəsik ayaq ümumiyyətlə insanın işlərində göstərmiş olduğu yüksək qabliyyət və uğuru ifadə edir. Bundan başqa yaxın zamanda aparmış olduğu uğurlu işə görə ətrafındakılar tərəfindən böyük bir mükafat ilə təltif ediləcəyi kimi ifadə edilir.

Yuxuda Şikəst Ayaq Görmək

Yuxuda görülən şikəst ayaq bir xeyirə yorulmur. Yuxu görənin böyük qəm və kədər ilə qarşı qarşıya qalacaqına, qısa müddətli bir xəstəlik keçirəcəyinə işarətdir. Eyni zamanda yuxuda görülən şikəst ayaq, işlərinin qısa bir müddət içərisində pozularaq möhtac vəziyyətə gələcəyinə dair şərh olunur. Yuxusunda şikəst bir ayaq görən adamın psixoloji cəhətdən müxtəlif sıxıntılar yaşaya biləcəyi və kədərli xəbərlər alaraq böyük çətinliklər yaşayacağı kimi sərh olunur.

Yuxuda Ayaq Yumaq

Yuxuda ayaq yuduğunu, ya da ayağının yuyulduğunu görən şəxs üçün yuxu xeyirli yozulur. Ümumiyyətlə yuxuda yuyalan ayaq görülən bütün işlərdə əldə olunan mənfəəti göstərir. Yuxu şərhçiləri adamın belə bir yuxu görməsini görəcəkləri işlərdə təmin edəcəkləri yüksək qazanc və qara şəklində izah edirlər. Bu görə də yuxu xeyirli şəkildə şərh olunur.

Yuxuda Təmiz Ayaq Görmək

Yuxuda bir kimsə tərtəmiz bir ayaq görsə, ya da öz ayağının təmiz olduğunu görsə yuxu görəni üçün olduqca xeyirli bir xəbər gözləyir. Təmiz ayaq insanın bütün sıxıntı və problemlərindən xilas olacağına işarətdir. Eyni zamanda indiyə qədər yaşamış olduğu bütün problemləri arxada qoyacağına dair şərh olunan işarətlər olduğu söylənilir. Yuxuda görülən təmiz ayaq yeni bir həyatın və açılan yeni bir səhifənin başlanğıcı kimi yozulur.

Yuxuda Çoxlu Ayaq

Yuxuda görülən birdən çoxlu ayaq yaxşılığı və gözəl xəbərləri təmsil edir. Əgər bir adam yuxusunda birdən artıq ayağa sahib olduğunu görsə bu insanın qısa bir səfərə çıxacağına işarətdir. Eyni zamanda yuxu sahibi kasıbdırsa malının artaraq zəngin olacağı kimi yozulur. Yuxusunda birdən çox ayaq görən xəstə bir şəxsdirsə, qısa zaman içərisində sağlamlığına qovuşacaqdır.

Yuxuda Tüklü Ayaq görmək

Yuxuda görünən tüklü ayaq xeyirli bir nəticəyə aparır. Ümumiyyətlə daha əvvəl günahkar vəziyyətə düşmüş olduğu bir hadisədən azad olunacağı kimi şərh edilir. Eyni zamanda uzun müddətdir gözlədiyi xeyirli bir xəbəri eşidəcək. Yuxuda görünən tüklü ayaq insanın çoxluq içərisində gördüyü bir işdə təmizə çıxaraq hamı tərəfindən müsbət bir nəticəyə gəlinməsinin görülməsi şəklində yozulur.

Qəşəng ayaq

Bir kimsə yuxusunda ayağının qəşəngləşib gözəlləşdiyini görsə bu yuxu o insan üçün olduqca müsbət bir tərzdə şərh olunur. Əgər günahkar və dini tələləri görə yaşamayan kimsə yuxusunda ayağının gözəlləşdiyini görsə bu yuxu o insan üçün tövbə edəcəyinə və artıq haram əməllərdən xilas olcağına dair işarət edir. Başqa bir yozuma görə isə ayağının qəşəng olduğunu görən bir insanın əməlinin də olduqca parlaq olduğu istiqamətində aparılır.

Yuxuda Araq Görmək

Yuxuda Araq Görmək

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Yuxuda araq görmək, imkanlarından düzgün istifadə etməyən şəxslərin, daha sonra eyni imkanlara sahib olmaq üçün vuruşacaqlarını ancaq əllərinin boş qalacaqlarına işarətdir. Səhv yollara girməyin insana verəcəyi zərərə, qəfl bir həvəslə görülən işlərdən sonra itkilərin yaşamağına əlamət edən, çətində qalacaq olan yuxu sahibinin başına gələn pis hadisələri və yaşadığı sıxıntıları ətraflı düşünmək üçün tək qalması lazım olduğunu, çətinliklərini düzgün təhlil edərək imkanlarını bu şəkildə istifadə etməsinin yaxşı olacağını da bildirir. Adətən seçdiyi yollara görə peşmançılıq çəkən, pis xasiyyətli dost əhatəsinə malik olan, biraz əylənmək üçün ailə və iş həyatını kortəbii şəkildə riskə atmağın daha sonra adam üçün çox böyük və son peşmançılığın fayda verməyəcəyi kimi də yozulur.

Yuxuda Araq Almaq

Həyatını xəyalında kimi bir hala gətirmək üçün bir sıra dəyişikliklər etmək istəyən yuxu görənin bir çox səhv qərar alacağını və peşman olub, keçmiş həyatıüçün darıxacaq vəziyyətə gələcəyini göstərir. Səhv istiqamətlənmək və sahib olduqlarının dəyərini bilmədən daha yaxşı şeylər arxasınca düşərək zaman və pul itirmək mənalarını da verir.

Yuxuda Araq İçmək

Tək-tənha araq içdiyini görən şəxslərin sahib olduqları pis vərdişlərin sonunda hər cür süquta səbəb olacağını, insanın həm pul baxımından zəif düşəcəyini, həm də mənəviyyatına da əhəmiyyət verməyəcəyini, ona yaxşı sözlər söyləyərək yol göstərməyə çalışan şəxslərə qarşı mənfi hərəkətlər göstərərək heç kəsi eşitməməyin əvəzinin isə ağır ödənəcəyini göstərir. Dost tanışları yaxud başqaları ilə birlikdə araq içdiyini görənlər isə, yaxın ətrafındakı bəzi adamlar tərəfindən aldadılır, pul itirir və ya həyatlarını təsir edəcək pis vərdişlərə qapılırlar.

Yuxuda Avtomobil Görmək

Yuxuda Avtomobil Görmək

C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Yuxuda avtomobil görməyin müxtəlif halları olduğu kimi müxtəlif yozumlar da mövcuddur. Bu yozmalar yuxu görən adamın yuxuda vəziyyətinə və avtomobilin görülmə vəziyyətinə görə dəyişir.
Yuxuda avtomobil görmək, adamın qazancını təmin etməsi üçün gördüyü işə, həyatındakı özündən yüksək rütbədəki şəxslərdən gələcək bir yüksəlmə xəbərinə və hörmətə işarətt edir. Yuxuda görülən hərəkət edən avtomobil işlərinizin sürətlə qaydasına düşəcəyinə, saxlanılmış bir avtomobil isə işlərinizdə olacaq azalmalara işarət edir.Yuxuda işləməyən avtomobili təmir edib işlək hala salmısınızsa pis geden işlərinizin qısa müddətdə yaxşılaması kimi şərh olunur. Yuxuda alınan avtomobil, iş həyatında yaxşılaşmalara yaxud yeni bir iş görmək və axırda rahatlaşmaq kimi yozulur

Yuxuda Avtomobilə Minmək

Yuxuda avtomobilə minmək, işinizdə vəzifənizin yüksəlməsi kimi şərh olunur. Yuxuda görülən avtomobil əsasən iş həyatı ilə bağlıdır. Görülən əsas obyekt avtomobildirsə ciddi bir iş təklifi alabiləcəyinizi göstərir. Taksiyə minmək yaxın zamanda tətilə çıxmaq mənasını verir.

Yuxuda Avtomobildən Düşmək

Yuxuda avtomobildən enmək yaxud dümək, işinizdə mövqe itkisi vermək kimi yozulur. Bir az daha diqqətli, nizamlı və istəkli çalışmaq lazım olduğuna işarətdir.

Yuxuda Avtomobil İstifadə Etmək

Yuxuda avtomobil istifadə etdiyini görmək, sürmək, iş həyatında olduqca müvəffəqiyyətli olduğu, əgər yuxu görən işləməyən şəxsdirsə yoldaşları, həyat yoldaşı, dostu tərəfindən çox sevildiyi, sayıldığı kimi yozulur. Həmçinin yuxu görən adam avtomobili sürürsə həyatını özü idarə etdiyi, əgər başqa bir adam sürürsə həyatını avtomobili istifadə edən şəxsin idarə etdiyi kimi şərh edilir.

Yuxuda Acmaq

Yuxuda Acmaq

Yuxuda acmaq, xeyirə əlamət deyil. İşlərdə əldə edilən nəticənin azalması, qazancın böyük bir hissəsinin aşağı düşməsi, ruzinin azalması, əmin-amanlığın, sevincinin və ağız dadının qaçmasına işarətdir. Yuxu sahibinin xərclərini və ev kirayəsini ödəyə bilməyəcəyinə, bu səbəblə çox çətin günlər keçirəcəyinə, bu vəziyyətə düşmüş olmağı qəbul etməyib, səhiyyə problemləri ilə qarşı-qarşıya qalacağına işarət edir. Amma əgər insan yuxusunda acdığını görüb və qarnını doydurmağa nail olarsa, o zaman bu yuxu xeyirə əlamət edir və çətinliklərin canını qurtaracağı kimi yozulur.

Yuxuda Qıtlıq Çəkmək

Yuxusunda qıtlıq çəkdiyini görən adamın nəfsinə aldanacağına işarət edir. Yuxu görən, xeyirsiz və günah kimi qəbul edilən bəzi işlərə yoluxacaq, arzuladığı bir şeyi əldə etmək üçün günaha batıb çıxma bahasına da olsa əlindən gələni edəcəkdir.

Yuxuda Ac Qalmaq

Yuxusunda ac qaldığını görən adam, çox xoşbəxt olacağı və qazanclı çıxacağı işlər görəcək və girdiyi işin sonunda çox məmnun olacağı kimi yozumlar var. Yuxu sahibinin əlinin bollaşacağı, işlərindəki uğurun və ruzusindəki bolluğun, bərəkətin artacağına işarət edir.

Yuxuda Ağrı Görmək

Yuxuda Ağrı Görmək

Yuxuda ağrı görmək, dini olaraq insanın xeyirinə şərh olunması lazım olan əhəmiyyətli bir yuxudur. Hər cür günahdan azad olunacağı mənasını verdiyi kimi, ürəkdən peşman olacağını və Allahdan əfv diləyəcək, bundan sonrakı həyatını da dini borclarına uyğun, Allahın xoşuna gələcək şəkildə keçirəcəyini bildirir. Ağrı görən insanlar həyatlarındakı çətinliklərdən dərhal xilas olurlar. Yuxuda bədənin müəyyən bir hissəsinin ağrıdığı görülürsə, o orqana və ya hissəyə uyğun yozulmalıdır. 

Yuxuda Ürək Ağrısı Çəkmək

Dini olaraq insanın inancının getdikcə zəiflədiyinə və bu məsələdə günaha meylli davranışlar nümayiş etdirdiyinə, iman gücünün də getdikcə zəifləyədiyinə əlamətdir. Diş ağrısı isə insanın günah işlətdiyinə, işlərində haram yollara əl atdığına, məsuliyyətsiz şəkildə, ailəsinin ruzisini düşüncəsizcə xərcələdiyinə, aparılan bir səhvdən ötəri də peşmançılıq içində qalmaq kimi yozulur

Yuxuda Ağrımaq

Yuxuda ağrıyan insanlar real həyatlarında son dərəcə rahat və firavan həyata sahib olurlar. Ümumiyyətlə insanın ömrünü çox sağlam bir şəkildə keçirəcəyinə işarət edən yuxu, xəstəliklərdən uzaq bir həyat üçün də işarətdir. Çiyinləri ağrıyan adamlar ailə içində narahatlıq yaşayacaqları vəziyyətlər içində olurlar və eyni zamanda özünə əziyyət verən bir qohum və ya qohum ilə aralarında mübahisə olur. Qolları ağrıyan adamlar üçün əldə ediləcək qazancın kəsiləcəyinə, ya da azalacağına işarətdir. Qarın ağrısı isə evlilərin ərlərinə qarşı pis və təhqir edicii sözlər dediklərinə və şiddətə meylli olduqlarına əlamət edir.

Yuxuda Arı Görmək

Yuxuda Arı Görmək

Yuxuda arı görmək çox yaxşıdır, bolluq və bərəkət mənasını daşıyır. Yuxusunda arı görən adam ticarət həyatında da ailə həyatında da çox xoşbəxt və uğurlu olacaq deməkdir. Yuxu sahibi xüsusilə də iş həyatında rəqiblərinə qarşı açıq ara uğurlar və qələbələr əldə edəcək, evlilik və şəxsi həyatındakı səadəti ilə hər kəsin həsəd apararaq baxdığı biri olacaq deməkdir. Yuxuda arı görmək insanın həyatının çox gözəl, ömrünün də uzun olacağı kimi yozulur. Yuxuda arı yeşiyindən arıların içəri girib çıxması qazancın bol olacağına, heç vaxt yoxluq yaxud darlıq çəkmədən bərəkət içində bir həyata işarət edir. Yuxuda arının bir çiçəyə qonduğunu kimi görmək, dəvətsiz amma sevilən bir qonağın gəlməsi mənasına gəlir.

Yuxuda Arı Öldürdüyünü Görmək

Yuxuda arı öldürdüyünü görən adam gözləmədiyi bir hadisə yaşayacaq, ya da qəfl bir xəbər alacaq deməkdir.

Yuxuda Arı Tutmaq

Yuxuda arı tutmaq çox yaxşıdır, insanın həyata keçirmək istədiyi xəyalları üçün tutacağı imkanlara işarət edir.

Yuxuda Arı Sancması Görmək

 Yuxuda arı sancdığını görmək əsasən yaxşı dəyərləndirilir, bərəkət, ruzi və var dövlət mənasına gəlməsi iı yanaşı, yuxu görənin qazancında kimlərinsə, gözü olduğu mənasını verir.

Yuxuda Bal Arısı Görmək

Yuxuda bal arısı görmək oğlan kimi yozulur. Xeyirli övlad və ya xeyirli həyat yoldaşı mənasını daşıyır.

Yuxuda Qara Arı Görmək

Yuxuda qara arı görmək vacib olmayan, tezliklə həll olunacaq olan problemə işarətdir.

Yuxuda Çoxlu Arı Görmək

Yuxuda çoxlu arı görmək xüsusi və şəxsi məlumatların hamının öyrənməsi mənasına gəlir.

Yuxuda Böyük Arı Görmək

Yuxuda böyük arı görmək iki cür şərh edilir. Evli bir qadının, yaxud evli bir kişnin yuxusunda böyük bir arı görməsi bir qıza işarər etməsi ilə yanaşı evli olmayanlar üçün atadan, yaxud babadan qalacaq olan mal-mülkə işarətdir.